Home / Bilirsinizmi? / Zeynəb Xanlarova Milli Məclisdə müharibə çağırışı etdi
1487930430

Zeynəb Xanlarova Milli Məclisdə müharibə çağırışı etdi

“Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Özümüz deyib özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problemi həll edən yoxdur. Elə müharibə edib torpağımızı geri alaq. Öz torpağımızı alırıq da”.
ATO.AZ  xəbər verir ki, bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib.
Z.Xanlarova qeyd edib ki, son 25 ildə kifayət qədər qədər şəhidlər vermişik: “ Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözləri deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

 

About admin

Check Also

idriss

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB-SÜRÜDÜ – MÜSAHİBƏ

Share this on WhatsAppSon günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *