Home / Gündəm / Ermənistanın Qarabağ üzərində hansı hüququ var?
foto-uz_(1)

Ermənistanın Qarabağ üzərində hansı hüququ var?

“Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt “status-kvo”dan danışılır, o zaman, ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, “biz ərazi bütövlüyümüzün bərpası üçün bütü arsenalımızı tətbiq etmək hüququna malikik”. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır”.


ATO.AZ xəbər verir ki, bu barədə Ermənistanda milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan deyib.

Sarkisyan Ermənistanın əsas probleminin bu, olduğunu bildirib.

Erməni politoloq XİN rəhbəri Edvard Nalbandyanın “bu ilin sonuna kimi Qarabağı (qondarma “DQR”- red.) bir ölkə tanıyacaq” açıqlamasının pafos olduğunu da bildirib.

“Nalbandyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışarsa, deməli bu yalandır. Hər kəsdən öncə Ermənistanın özü bunu tanımalıdır. Tanımayacağıqsa, sabah daha pis olacaq və hər şeyi itirəcəyik”, – deyə o bildirib.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *