Home / Bilirsinizmi? / Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
wehid

Aprel şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə aprelin 17-dən 19-dək cüdo üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında klubların beynəlxalq komanda yarışı keçiriləcək.

ATO.AZ-ın məlumatına görə, turnirin təşkilat komitəsindən Azərtac-a bildiriblər ki, yarış ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr ediləcək.

Yarışda hər komandadan 7 idmançı, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və 81 kiloqramdan yuxarı, qızlar isə 57 və 63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. İlk üç yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.

About admin

Check Also

26733534_190462805033246_8401784531917337062_n

20 Yanvar faciəsindən 28 il ötür

Share this on WhatsAppAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il keçir. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *