Home / Bilirsinizmi? / Dəhşət : Hollandiyada həbs olunan türk gəncin polis idarəsindən meyiti çıxdı – Döyülərək öldürüldüyü, beyni və ürəyi çıxarıldığı təsdiqləndi (Foto)
ihsan-gurz-690x450

Dəhşət : Hollandiyada həbs olunan türk gəncin polis idarəsindən meyiti çıxdı – Döyülərək öldürüldüyü, beyni və ürəyi çıxarıldığı təsdiqləndi (Foto)

Türkiyə ilə diplomatik qalmaqala imza atan Hollandiya nə qədər qərbi görsənsə də, irqçilik,işgəncə və insan haqları pozuntuları mövzusunda da tanınır.

ATO.AZ  xəbər verir ki, Hollandiya polisinin cinayət faktlarına ən parlaq nümunələrdən biri 2011-ci ildə həbsxanada işgəncə verilərək öldürülən Türkiyə vətəndaşı İhsan Gürzdür.

22 yaşında ölən oğlunun Ərzincandakı məzar daşına “Hollandiyanın irqçi polislərinin işgəncəsi nəticəsində həyatını itirmişdir”  yazısı həkk etdirən ata Çingiz  Gürz,  Türkiyənin “Sahah” qəzetinə verdiyi müsahibədə Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın ilk gündən bəri ailənin başlatdığı  davanı dəstəklədiyini deyib.

“Oğlumun ölümü ilə bağlı Hollandiyada vəkil tutdum. Onların televiziyalarına verdiyim açıqlamada “arxamda Türkiyə Cümhuriyyəti , prezident Ərdoğan var” deyincə, hollandların tükləri biz-biz oldu. Etdiyim şikayəti qulaqardına vurmağa çalışdılar. Tutduğum vəkilin diplomlarını ləğv etdilər. Faşizm qəlblərində var.

Hollandiya məhkəməsi ” hüquqi səhv var, amma günahkar yoxdur qərarı verdi. Bəs bunu edən kimdir? 6 saat yarımlıq kamera görüntülərini izlədim. Uşağa unitazdan su içirdirlər, içməli su da vermirlər. Oğlum kamerada can verərkən orada polislərin öz həkimi gəlir onu da buraxmırlar. Bilə-bilə öldürüldüyü görünür. Cəsəd sanki yük maşının altında qalmış kimiydi. Mənə, mətbuata danışma yasağı qoydular. Danışsam 3 ay həbs cəzası verəcəklər. Lakin susmadım, danışdığım üçün uşağımın qatillərinə 10 min avro təzminat ödəməyə  məhkum edildim. Bir neçə dəfə evimə gəldilər. Polislərə qarşı “terror aktı” hazırlığı kimi uydurmalarla təhdid etdilər. Haqqımızı müdafiə etdiyimiz üçün “terrorist” belə adlandırıldıq. Türkiyədə də iddia qaldırmaq istəmişdim ancaq Hollandiyada yaşayan FETÖ-çülər oradakı yerlərini isti etmək üçün, “bu adam polisləri döyüb. 10 nəfər polisə hücum edib” kimi yalanlar uyduraraq Türkiyədəki işinin açılmaması üçün əllərindən gələni etdilər . Oğlum İhsandan sonra, Hollandiyada 40-a yaxın  türk eyni şəkildə həyatını itirdi. Polisə qarşı edilən bütün şikayətlər rədd edilir. Dəlillər məhv edilir və ya göz yumur” deyə ata Gürz bildirir.

 İhsan Gürzün ölümü ilə nəticələnən hadisə necə olub?

İhsan Gürz  Bevervijkte bir kafenin sahibi ilə mübahisə edir.  Polis  Gürzü  nəzarətinə aldı. Polisə aparılan aparılan gənc adam, 12 saatdan sonra oradan ölü çıxdı . Gürzün ürəyinin dayandığı açıqlandı və ekspertiza da məhz belə rəy verir . Türkiyədə meytin üzərində keçrilən ekspertizadan sonra isə onun döyülərək  öldürüldüyü və beyni və ürəyinin götürülərək, əvəzinə kağız parçaları qoyulduğu məlum oldu. Hadisə ilə bağlı Hollandiyada cinayət işi açıldı, amma nəticə olmadı. Gürz ailəsi  məsələni Avropa İnsan Haqları Məhkəməsinə qaldırdı. Hollandiya  Ədliyyə Nazirliyi, ekspertiza, polis  və həkimlər barəsində edilən şikayətə mayın 4-də baxılacaq.

MEZAR TAŞINDAKİ HOLLANDA FAŞİZMİ

About admin

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *