Home / Gündəm / Dövlət binaları tutulacaq, silahlar… – Kremlin Qarabağ planına qarşı QİYAM
put-qafqaza

Dövlət binaları tutulacaq, silahlar… – Kremlin Qarabağ planına qarşı QİYAM

Ermənistanda hakimiyyətə qarşı silahlı üsyan hazırlanır.

ATO.AZ  xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

Qəzet yazır ki, əgər “Ohanyan-Raffi-Oskanyan” bloku (“ORO”, keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan) seçkidə parlamentdə təmsil olunmasalar, silahlı üsyan başlayacaq: “Bu üsyanı Samvel Babayan (qondarma “DQR”-in keçmiş “müdafiə naziri”, Qarabağ döyüşlərində azərbaycanlıların qətlində ən böyük rol oynayanlardan biri-red) təşkil etməyə hazırlaşır”.

Qəzet qeyd edir ki ki, İrəvanda, həmçinin, Ermənistanın digər bölgələrində “Sasna Srer -2” ssenarisi hazırlanır.

Qeyd edək ki, ötən ilin iyul ayında keçmiş döyüşçü Jirayr Sefilyanın tərəfdarları İrəvanda polis alayı binasının tutaraq, qiyam etmişdi. Özlərini “Sasna Sner” adlandıran qiyamçılar 17 gün ərzində binanı girovluqda saxlayandan sonra təslim oldular. Jirayr Sefilyan və tərəfdarları Sarkisyanı işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaqda ittiham edirdilər. Ötən ilin “aprel müharibəsi”ndən sonra münaqişənin həlli ilə bağlı yeni şanslar yaranmışdı. Xüsusilə, iyunun 20-də Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə razılığın əldə edildiyinə dair informasiyalar var idi. Münaqişə Rusiyanın təkliflərinə əsasən həll ediləcəkdi. Belə ki, əvvəlcə beş rayon qaytarılır, qaçqınların evlərinə qayıdışı həyata keçirilir, sonra iki rayonun qaytarılması məsələsi müzakirə edilir. Ən sonda isə Qarabağın yekun statusu müzakirə masasına yatırılır. Sankt-Peterburq görüşündən təxminən bir ay sonra İrəvanda qiyam başlandı və danışıqların dalana girməsi dövrü də məhz həmin vaxt baş verdi.

Hazırda münaqişənin həlli ilə bağlı aparılan danışıqlar düz xəttə çıxa bilmir. Lakin Rusiyanın yenidən öz planını işə salması gözləntiləri var. Hesab etmək olar ki, İrəvanda yeni “Sasna Sner” olarsa, ərazilərin qaytarılması ittihamları əsas götürüləcək. Qiyamın Samvel Babayan tərəfindən hazırlanması haqda deyilənlər də bu ehtimalı gücləndirir.

“Jamanak” da eyni proseslərin yenidən təkrarlana biləcəyini qeyd edib.

“Dövlət idarələri tutulacaq və bir neçə nöqtədə etiraz aksiyaları başlanacaq. Hüquq-mühafizə orqanları prosesə nəzarəti itirəcəklər”, – deyə qəzet yazıb.

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *