Home / Gündəm / Şeher yox edilir: bu şəhər kürdləşdirilir
120259

Şeher yox edilir: bu şəhər kürdləşdirilir


İŞİD-dən mühafizə bəhanəsi ilə Kərkükü nəzarəti altına alan İraq Kürd Muxtar Vilayəti türkman şəhərində öz fəaliyyətini rəsmiləşdirməyə çalışır.
ATO.AZ “Aydınlıq” qəzetinə istinadən xəbər verir ki, muxtar vilayət artıq şəhərdə Kürdüstan bayrağının ucaldılması üçün hazırlıqlara başlayıb. Belə ki, Kərkük valiliyinin Novruz bayramı münasibəti ilə Kərkükdə hökumət binaları qarşısında İraq bayrağı ilə yanaşı, Kürdüstün bayrağının da dalğalandırılması təklifi şəhər məclisinin müzakirəsinə çıxarılıb.
Qəzet Kürdüstan bayrağı məsələsinə qarşı təkcə ərəblər və türkmanların yox, həm də İraq hökumətinin çıxdığını bildirib. Artıq ərəb və türkmanlar bu qərarın bölgədə yeni toqquşmalara səbəb olacağını bildiriblər. Kərkükün hazırkı valisi Nəcməddin Kərimin İraqın eks-prezidenti Cəlal Tələbaninin Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) üzvü olduğunu xatırladan ərəb və türkmanlar Kürdüstan bayrağı məsələsinin ləğv edilməsini tələb ediblər.
Məsələ ilə bağlı “Aydınlıq” qəzetinə açıqlama verən İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin keçmiş rəhbəri Mahmud Kasaboğlu Kərkükdə bütün kürd təşkilatlarının bir yerdə hərəkət etdiyini bildirib:
“Biz illərdir bu nöqtəyə gəlinəcəyini anlatmağa çalışdıq. Bunları Türkiyə hökumətinə başa sala bilmədik. İndi isə məsələ dediyimiz istiqamətdə gedir. Kərkükdə türkmanlara qarşı hiyləgər siyasət tətbiq edilir. Bir neçə gün öncə Kərkükdəki türkman biznesmenlərə sui-qəsdlər təşkil edildi. Türkman qırğını yaşanır”.
“Aydınlıq” qəzeti həmçinin Kərkükdə rəsmi yazışmaların da dəyişdirildiyini bildirib. Belə ki, Kərkük valisi Nəcməddin Kərimin əmri ilə bölgədəki bütün rəsmi yazışmalar kürdcə və ərəbcə aparılacaq.
Qeyd edək ki, həm kürdlər, həm də türkmanlar Kərkükü özlərinin mədəni mərkəzi hesab edirlər. Rəsmi statistikaya (1997-ci ildəki statistika – red.) əsasən, vilayətin 72%-ni ərəblər, 21%-ni kürdlər, 7%-ni türkmanlar təşkil edir.
İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərinə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.
Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *