Home / Gündəm / Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı -FAKT
81581

Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı -FAKT

Ermənistan rəhbərliyinin Qarabağdakı son döyüşlər nəticəsində verdiyi itkiləri gizlətdiyi barədə Azərbaycanın rəsmi açıqlamaları artıq öz təsdiqini tapır. Bununla bağlı erməni mənbələr də etiraflar etməyə başlayıb. Levon Soqomonyan adlı erməni hərbçi özünün sosial şəbəkədəki şəxsi səhifəsində konkret ad da açıqlayıb.
“Əziz dostlar, 12 mart 2017-ci il tarixdə döyüş əməliyyatları zamanı xidməti borcunu yerinə yetirərkən 18-ci motoatıcı diviziyanın zabiti Çixanyan Xaik Nifritaroviç həlak olub. Dostlar adından ölən hərbçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Xaik yaxşı zabit, ailəcanlı və əla dost idi”-Soqomonyan yazıb.
Erməni hərbçi ardınca xatırladıb ki, Azərbaycan tərəf həmin vaxt 8 erməni əsgər və zabitinin məhv edildiyi xəbərini yaymışdı: “Ermənistanın və “Artsax”ın müdafiə nazirlikləri qarşıdakı parlament seçkiləri ilə əlaqədar itkilərimiz haqda məlumatları gizlədirlər. Bu məlumatları gizləmək nəyə lazımdır? Hətta çoxsaylı dostlarımız Yeraburski məzarlığındakı dəfn mərasimində iştirak edə bilməyib. Çünki onlar Xaik və digər hərbçilərimizin ölümündən xəbərsiz olublar”.(musavat.com)

About admin

Check Also

ali laricani_sp

Elmar Məmmədyarov: Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq

Share this on WhatsAppXarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib. Ato.az həmin müsahibəni təqdim edir: – …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *