Home / Gündəm / Sarkisyan Azərbaycana mesaj verdi: “…barışmalı idim”
16238050_370347486676310_930238589_n

Sarkisyan Azərbaycana mesaj verdi: “…barışmalı idim”

“Ermənistan prezidenti Azərbaycana diqqətçəkici mesaj verib”. 

ATO.AZ  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa son gəlişi zamanı verdiyi açıqlamasına şərh verərkən deyib:

Ermənistan prezidenti ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib:

“İki seçimim var idi. Birinci seçim – yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim – hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Ancaq güclü siyasətçi ikinci seçimə üstünlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər”. 

Politoloq bu açıqlamadan iki nəticə çıxarmağın mümkünlüyünü bildirib: “Birincisi, Serj Sarkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir. İkincisi, Sarkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində bizədir…” 

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *