Home / Bilirsinizmi? / Putin daha bir ölkəni NATO-ya təhvil verir
rossiya_nato

Putin daha bir ölkəni NATO-ya təhvil verir

Şimali Atlantika İttifaqı (NATO) yaxın vaxtlarda Kişnyovda əlaqə ofisini açacaq.

ATO.AZ  “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Moldova hökumətinin sorğusu üzrə biz tezliklə Kişnyovda əlaqə ofisimizi açacağıq”, – o Moldovanın baş naziri Pavel Filiplə Brüsseldə birgə mətbuat konfransında jurnalistlərə bildirib.

Stoltenberqin sözlərinə görə, ofis kiçik diplomatik missiya olacaq və islahatların keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, Rusiya yönümlü namizəd İqor Dodon ötən ilin noyabrında Moldovada keçirilən prezident seçkilərdə qalib gəlib. Onun ilk xarici səfəri də Moskvaya olub. Prezident rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Avrasiya İqtisadi İttifaqına daxil olmaq istədiyini bəyan edib.

İqor Dodon isə ötən ay hökuməti Kişinyovda NATO-nun ofsini açmamağa çağırıb. Dövlət başçısı bunu parlamentin sədri Andrian Kandu və baş nazir Pavel Filiplə fevralın 21-də keçirdiyi iclasın yekununa həsr etdiyi brifinqdə deyib.

“NATO bürosunun açılması məsələsinə gəlincə, bir daha təkrar edirəm: bizim buna ehtiyacımız yoxdur. Əgər ofis açılarsa, mən onun bağlanmasını istəyəcəyəm. Moldova tərəfsiz ölkədir”, – İqor Dodon vurğulayıb.

About admin

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *