Home / Gündəm / ABŞ Qarabağın qaytarılmasına “hə” DEDİ: prezidentlər görüşəcək və… – DETALLAR
foto-tramp

ABŞ Qarabağın qaytarılmasına “hə” DEDİ: prezidentlər görüşəcək və… – DETALLAR

ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

ATO.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün konkret nə vaxt keçiriləcəyinin məlum olmadığını qeyd edib.

Lakin mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.

“ATƏT-in Minsk qrupu razılığa gəlmələri üçün münaqişə tərəflərinə tələblərini gücləndirib”, – deyə o bildirib.

Xatırladaq ki, Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland martın 27-də İrəvanda jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı bir neçə ağıllı planın olduğunu açıqlayıb.

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, – deyə o vurğulayıb.

Erməni ekspert Aram Amatuni Hoqlandın fikirlərini şərh edərkən qeyd edib ki, prezidentlərin görüşündə münaqişənin həlli ilə bağlı planın reallaşdırılması gündəmə gələcək: “Ermənistan isə təmas xəttində “atəşkəsə nəzarət mexanizmləri”nin tətbiqini arzulayır. Azərbaycan bunun status-kvonun möhkəmləndirəcəyini əsas gətirərək, ondan imtina edir. Minsk qrupu isə mövcud planın tətbiqində maraqlıdır. Sarkisyan da həmsədrlərin İrəvan səfərindən öncə “İskəndər” bəyanatı verməklə, əslində amerikalı həmsədrin danışdığı plana etiraz edir”.

Qeyd edək ki, münaqişə ilə bağlı mövcud plan “Madrid prinsipləri”nə əsaslanır. “Madrid prinsipləri” isə Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, qaçqınların öz evlərinə qayıdışını, ən sonda Qarabağın yekun statusunun müzakirəyə çıxarılmasını nəzərdə tutur. Ehtimal ki, həmsədrlər tərəflərdən məhz bu planın həyata keçirilməsini tələb edir.

About admin

Check Also

ombudsman_gif

Məktəblərdə uşaqları buna MƏCBUR EDİRLƏR – Elmira Süleymanova

Share this on WhatsApp“Pulsuz verilən dərmanların siyahısına yenidən baxılmalıdır”. Ato.az bildirir ki, bu sözləri Ombudsman …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *