Home / Bilirsinizmi? / “Mən əsrlərboyu ermənilər haqqında yaranmış və Litvada süni şəkildə dəstəklənən stereotipləri alt-üst etdim” – Gintaras Visotskas – FOTOLAR
photo_124456

“Mən əsrlərboyu ermənilər haqqında yaranmış və Litvada süni şəkildə dəstəklənən stereotipləri alt-üst etdim” – Gintaras Visotskas – FOTOLAR

Mart ayında Bakıda litvalı məşhur jurnalist, www.slaptai.lt  internet nəşrinin rəhbəri Gintaras Visotskasın “Qara bağın faciəsi” adlı kitabının təqdimatı keçirilib. G. Visotskas müsahibəsində həmin kitabın yazılmasının məqsədindən danışıb.

-Qafqaz dövlətlərinin tarixi, mədəniyyəti, onların siyasi quruluşu mövzusu məni çoxdan maraqlandırır. 1994-1995-ci illərdə Çeçenistanda yaşamışam. O vaxt tanışlarımın çoxu məni Qroznıya səfər etmək fikrindən daşındırmağa çalışır, xəbərdarlıq edirdilər ki, oradan sağ qayıtmayacağam. Lakin mən sağ-salamat qayıtdım və Çeçenistanda ilk döyüşlər barədə çoxlu məqalə yazdım. Bu materiallar “Çeçen gündəliyindən” adlı oçerkə daxil edilib.

Mən inquşlar ilə osetinlər arasında münaqişənin şahidi olmuşam, Gürcüstanın itirdiyi ərazilər barədə mötəbər mənbələrdən məlumat toplamışam.

Həmin dövrdə Cənubi Qafqazda baş verən münaqişələri öyrəndikcə separatizm və özünün əzəli torpaqlarının işğal edilməsi faktları ilə üzləşmiş Azərbaycanı görmək, Dağlıq Qarabağ münaqişəsini özüm araşdırmaq istəyirdim.

2013-cü ildə möhtəşəm Humanitar Forum zamanı ilk dəfə Bakıya getdim. Sonrakı illərdə bu sanballı tədbirdə iştirak edərkən dəfələrlə cəbhəyanı zonalarda qaçqınlarla görüşmüşəm. Xocavənddə, Tərtərdə, Bərdədə, Qubada, Naxçıvanda, Gəncədə, Naftalanda məcburi köçkünlər və qaçqınlarla söhbət etmişəm. Dağlıq Qarabağ münaqişəsini öyrənərkən erməni terror təşkilatlarının pozucu fəaliyyəti ilə bağlı faktla maraqlandım.

Bakıya ilk səfərimdən, qaçqınlarla görüşlərimdən sonra Azərbaycan haqqında kitab yazmaq fikrinə düşdüm. Rəhbərlik etdiyim www.slaptai.lt xəbər portalında Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə vaxtaşırı məqalələr dərc etmişəm. Həmin məqalələr mənim kitabıma daxil olub.

“Qarabağın faciəsi” adlandırdığım bu kitab 2016-cı ilin sentyabr ayında çap edilib. Burada erməni terror təşkilatları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı törədilmiş cinayətlərə dair faktlar toplanıb. Oxucu ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülməsinin, sonradan azərbaycanlıların həmin torpaqlardan çıxarılmasının, guya ermənilərin hüquqların azərbaycanlılar tərəfindən pozulması barədə yalançı erməni təbliğatının tarixi ilə tanış olur. Halbuki, bütün bunların tamamilə əksi baş verirdi. Mən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə faktlarını şərh etmişəm.

“Qarabağın faciəsi” kitabında mən erməni cəlladın rəhbərlik etdiyi Sumqayıt hadisələrinə dair mötəbər faktları təsvir edərək “azərbaycanlıların vəhşilikləri” barədə mifi ifşa etməyə çalışmışam.

Kitabın ikinci hissəsinə Dağlıq Qarabağda baş verən hadisələri bir qədər başqa şəkildə nəzərdən keçirən bəzi litvalı tarixçi və siyasətçilərlə polemika daxil edilib. Mən Azərbaycan torpaqlarının ən qısa vaxtda qaytarılması barədə bəyanatları və qətnamələri yalnız kağız üzərində qalan beynəlxalq təşkilatlara münasibətdə şübhə etdiyimi bildirmişəm.

Dağlıq Qarabağda baş verən hadisələr barədə Litva sakinlərinin məlumatı çox cüzi idi. Bu, bir tarixçi və jurnalist kimi mənə toxunurdu. Bizim bəzilərimizin heç ağlına da gəlməzdi ki, erməni terrorçular Xocalıda necə vəhşiliklər, qeyri-insani cinayətlər törədiblər.

Mənim kitabım litvalı oxucularda da maraq doğurub, çünki o vaxta qədər bəzi insanlar azərbaycanlıların haqq səsinə inanmağa çətinlik çəkirdi, mən isə ermənilər haqqında əsrlərboyu yaranmış stereotipləri alt-üst etdim, Litvada süni şəkildə dəstəklənən erməni təbliğatını ifşa etdim.

Mənə ən xoş gələn budur ki, bu gün litvalılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti öyrənmək üçün onların gözlərini acıdığıma, azərbaycanlıların namuslu insan olmasını, azərbaycanlı qaçqınların məruz qaldığı məşəqqətləri, ASALA, Daşnaksütyun, Qnçak, Krunk kimi terror təşkilatlarının törətdiyi cinayətləri təsdiqləyən faktlar göstərdiyimə görə mənə təşəkkür edirlər.

-Azərbaycanın paytaxtı Sizə necə təsir bağışladı?

-Kitabımın təqdimat mərasimindən sonra mən Bakıdakı muzeylərə baxmaq, Qobustanda, Atəşgahda olmaq, İçərişəhəri gəzmək imkanı qazandım. Biz Bakıda olarkən sizin xalqınızın məşhur qonaqpərvərliyini özümüz yəqin etdik. Demək istəyirəm ki, Bakı gözəl şəhərdir, onu Parislə, Londonla, Madridlə müqayisə etmək olar. Əgər mən azərbaycanlı olsaydım, öz ölkəmin paytaxtı ilə çox fəxr edərdim və deyərdim ki, bu, dünyada ən rahat şəhərdir.

1

1

1

About admin

Check Also

image-136

Güneyli fədakar öldü

Share this on WhatsApp55 il öncə belə bir soyuq payız günündə Güney Azərbaycanın Miyana bölgəsində …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *