Home / Gündəm / SON DƏQİQƏ-erməmistan imina etdi….
photo_44690

SON DƏQİQƏ-erməmistan imina etdi….

“Azərbaycan və Rusiyanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq iqliminin yaradılması üçün ciddi səylər göstərir. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və bölgədə, ümumən ATƏT məkanında sülhə təhdid yaradan əsas amildir”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı “Nezavisimaya qazeta”da dərc olunan yazısında deyilir.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır: “Ona görə də biz dünya birliyinin bütün məsuliyyətli üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası işində prinsipial mövqe ortaya qoyulmasına ümid edirik. Burada xüsusi rol sözsüz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri və Cənubi Qafqazla tarixi-coğrafi baxımdan sıx bağlı olan Rusiya Federasiyasına məxsusdur. Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən son danışıqlar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin öz müsbət həllini tapacağına dair müəyyən ümidlər oyatmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır”.

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *