Home / Bilirsinizmi? / “Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəli olan 11 qədim əlyazma….
IMG-20170406-WA0000

“Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəli olan 11 qədim əlyazma….

“Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəli olan 11 qədim əlyazma, Məhəmməd Füzulinin qəzəli olan 11 əlyazma, Nəsirəddin Tusinin əlyazması olan 4 əsər Vatikanın gizli arxivində saxlanılır”.
Ato.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvinin şeirləri olan 8, habelə Şah İsmayıl Xətainin şeirləri olan 2 qədim əlyazma da Vatikanın gizli arxivindədir. O qeyd edib ki, italyanlar Roma papasının tabutunun qoyulduğu xalçanın Təbriz və ya Qarabağ xalçası olduğunu etiraf edirlər.
“Onu qeyd edim ki, Azərbaycanın Quba, Şirvan, Şamaxı, Şəki, Qarabağ xalçaları Avropa tacir və səyyahlarının diqqətini cəlb edib. Oradakı xalça Vatikanda xüsusi mühafizə altında qorunur və ona yaxınlaşmaq mümkün deyil. Vatikanda Papanın yalnız özünə aid olan bir qədim sandıq var. Orada Məhəmməd peyğəmbərin (s.ə.s.) və həzrət Əlinin (ə.s.) türk dilində yazdıqları məktublar saxlanır. Bu məktublar türklərə ünvanlanıb və islamı qəbul etməyə dəvət edilir. Məktubdan bir nümunə məndə var. Amma orijinallar oradadır. İslam Ərəbistanda elan ediləndə xristian dövlətlərindən birinin gizli agentləri Məhəmməd peyğəmbəri görməyə gəlir və onun gizli rəsmini çəkirlər. Sonra padşahlarına aparırlar ki, bu şəxs peyğəmbərdir. Həmin rəsm Papanın gizli arxivində saxlanılır”, – deyə siyasi elmlər üzrə fəlsəfə doktoru əlavə edib.

About admin

Check Also

israil-kurd-teyyare1

İsrail generalı: İranla savaş artıq qaçılmazdır

Share this on WhatsApp İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq. Ato.az xəbər verir ki, bunu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *