Home / Bilirsinizmi? / Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə ……
644903

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə ……

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alınır. Siz əsl məslənin davamına diqqət edin: “Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı QARAGURUHÇULARIN hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə QIZ uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa CƏHALƏTİN ağzını qapaya bilir.”Bu nə deməkdi? Bu o deməkdi ki, tarix boyu Azərbaycanda elmin-təhsilin qarşısında dayanan İSLAM yox, İslamı tərsə anlayan bir qrup cahil, qaraguruh müsəlman olub. Hardan çıxarıram? — Diqqət edin, qızlar seminariyasını açmaq istəyən bir HACIDIR. Bu hacı inanclı və əqidəli bir müsəlmandı, elə bir müsəlman ki, bu işdə (qızların təhsil işində) tamaşaçı deyil, yaradıcı olmaq istəyir. Və olur. Bundan əlavə, bu hacı nümayəndələr göndərib dünyanın bir çox müsəlman alimlərinin rəsmi icazəsini alır. Onlar açıq-aydın yazırlar ki, Qurana əsasən bunun heç bir eybi yoxdur! Bir də Diqqət edin: Dünyanın müsəlman alimləri yekdil olaraq yazırlar ki, Qurana əsasən qızların təhsil almasının heç bir eybi yoxdu. Bizim – milçək kimi ancaq çirkaba qonan bəzi ağzıgöyçəylərimiz bu təşəbbüsün banisinin bir Hacı olduğunu kölgədə saxlayaraq, dünya alimlərinin imzasını heç görmür, cahil bir qaraguruhçunun hacıya yaratdıqları maneəni qabardıb xorla deyirlər: — Müsəlman tarix boyu elmə-təhsilə qarşı olub. Xüsusi ilə də qızların təhsil almasına. Axı insafsız olmayın! Axı Azərbaycanın yaxın tarixində, o qədər aydın və ziyalının olmasına baxmayaraq qızların təhsil alması üçün cəhd edən İLK insan bir Hacıdır. Bu yetmirmi? Bu hər şeyi aydın etmirmi? Bu qalsın bir tərəfə. Gələk bugünümüzə. Bugün necə, Müsəlman qız uşağının təhsil almasına qarşıdırmı? Bugün təhsilə qarşı olan müsəlmandırmı, yoxsa “dünyəvilik” adı altında gizlənən qaraguruhçumu? Bugün kimdi qızlarımızı inancına uyğun, Quranına uygun geyindiyinə görə bir müsəlman olaraq alqışlamaqdansa onları təhsildən məhrum edən? Aydın müsəlman neynir? – Qızının təhsil alma hüququnu bərpa etmək üçün aksiya keçirir. Bəli, müsəlmana qarşı qərəzlilik olmasaydı, ölkəmizdəki dəfələrlə baş tutan «hicab» aksiyası əslində elə «təhsil» aksiyası idi. Müsəlman – bəzilərinin həyasızca iddia etdiyi kimi — övladının təhsilinə laqeyid olsaydı «onun təhsilinə mane olmayın» -deyə aksiyalara ehtiyac görməzdi. Çəkib balasını oturdardı evində, vəssəlam! Amma belə olmadı. Ölkədə ilk dəfə olaraq 135 min imza toplandı, bu kompaniyanın adı «hicaba azadlıq» imzası olsa da mahiyyəti «təhsilə azadlıq» idi. Ən azından 135 min müsəlman istəyirdi ki, maneçilik edilməsin, övladlarımızın hicablısının da təhsil ala bilməsi üçün imkan verilsin. Bu yeni bir kompaniya deyil idi. Bu eyni ilə Hacı Zeynəlabidinin dünyadan topladıb gətirdiyi təsdiq və icazə imzasının davamı idi. Bu imzalar da müasir qaraguruhçuları susduracaq imzalar idi. Bu qədər sadə və bəsit! Bütün bunlardan sonra bəziləri ağzını açıb yenə də müsəlman elmə — təhsilə qarşıdı deyirsə vallah getsin özünü bir həkimə (özü də iran həkiminə yox, milli həkimə) göstərsin! Allah rəhmət eləsin, Rəhmətlik Sabir üzünü tutub o zamankı o qaraguruhçu müsəlmana bir söz demişdi: — Harda müsəlman görürəm, qorxuram. Bir dəstə sözdən anlamayn kişinin bu sözünü də tərsə anladılar. Başladılar malı-mala qatmağa, müsəlman müsəlmandı dedilər. Qaraguruhçudan da, hacı Zeynəlabidinlər dən də qorxmalıyıq dedilər. Müsəlmanın yanqısına başqa mənalar verdilər. Onun səmimiyyətinə inanmadılar. Ya da inanmaq istəmədilər. Bəli. Qarşı tərəfin səmimiyyətinə inanmamaq, bəzən insanın özünün saxtakarlığından da qaynaqlanır. Bu baxımdan “onları” anlamaq o qədər də çətin deyil. loru desək, günah onlarda deyil, günah onlardadı… Əmin olun, bugün — qorxulası inanclı deyil, bu gün cəmiyyətimizin elə ən sağlam və ən həqiqətpərvər hissəsi dini kəsimdir. Bu gün cəmiyyətin ən Qeyrətli və ən Vətənpərvəri də elə inanclılardı. Bu gün — qorxulası müsəlman deyil. Əmin olun, bugün rəhmətlik Sabir kişi sağ olsaydı şerini bax belə yazardı: Dəyənəklə bərk vururam başlara, Başdan axan qan görürəm, qorxmuram. Mehman olur gah mənə biganələr Qatili-insan görürəm qorxmuram. Hamı görüb titrəyərək əsdiyi, Olmert, Liberman görürəm, qorxmuram.

About admin

Check Also

66978

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası…

Share this on WhatsApp I YAZI XX əsrin əvvəllərində Şimali Azərbaycanda Türkçülük, Azərbaycan Türkçülüyü ya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *