Home / Gündəm / Nüvə silahları qaynar bölgədə: 5 gün sonrakı MÜHARİBƏYƏ HAZIRLIQ
880b50164e1cb83bc70a3befe019efb2

Nüvə silahları qaynar bölgədə: 5 gün sonrakı MÜHARİBƏYƏ HAZIRLIQ

ABŞ gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanının başçılıq etdiyi zərbə qrupunu göndərib.
ato.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın “Renxap” informasiya agentliyi bildirib.
Agentliyinin məlumatlarına görə, Amerika gəmilərinin zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, hazırda Sinqapurdan Koreya yarımadasına doğru hərəkət edir. Zərbə qrupunda “Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.
Xəbərdə bildirilir ki, gəmilərin Koreya yarımadası sahillərinə göndərilməsi olduqca qeyri-adi haldır. ABŞ-ın sözügedən təyyarədaşıyanı az müddət əvvəl Cənubi Koreyada olub. Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi Mun San Qyun agentliyə açıqlamasında bildirib ki, bu, ABŞ-ın Koreya yarımadasındakı vəziyyətə ciddi münasibətini əks etdirir. Koreya yarımadasında müharibə imkanı haqqında suala cavab verən Mun San Qyun vurğulayıb ki, Cənubi Koreyanın qoşunları şimalın istənilən təxribatına cavab verməyə hazırdır.
O, Şimali Koreya lideri Kim İr Senin anadan olmasının 105-ci ildönümü (aprelin 15-i) və Koreya Xalq Ordusunun 85-ci ildönümü (aprelin 25-i) ərəfəsində təxribatları istsna etmədiyini deyib.
Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.
Vaşinqtonda ümid edirlər ki, Çin diplomatiya və sanksiyalardan istifadə edərən Pxenyanı nüvə proqramının inkişafından imtina etməyə inandıra biləcək. Amma KXDR nüvə proqramının inkişafında israrını davam etdirərsə, ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçərəcək.

About ato.az

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *