Home / Gündəm / İranlı akademik Azərbaycana nifrət püskürdü – “Ermənistanın zəfəri, İranın zəfəridir”
48763

İranlı akademik Azərbaycana nifrət püskürdü – “Ermənistanın zəfəri, İranın zəfəridir”

Yaxın Şərqdə özünü  “kiçik Amerika” elan etdirməyə çalışan İran  hər nə qədər Azərbaycan-Ermənistan böhranında tərəfsiz olduğunu  bəyan etsə də, bu ölkənin mətbuatı, bəzi siyasətçiləri Qarabağda baş verən olaylar zamanı İrəvanı müdafiə etməklə yadda qaldı.
ATO.AZ  xəbər verir ki,  İranda fəaliyyət göstərən  “Khabaronline” saytında Qarabağ münaqişəsi ilə bağlı  Ermənistanı müdafiə edənmüsahibə  dərc edilib. “Azərbaycan, yoxsa Ermənistan sərf edir” başlıqlı cəzmaqara səviyyəli müsahibə İranın ən nüfuzlu akademiklərindən hesab olunan Tehran Unversitetinin Dünya Tədqiqatları Fakultəsinin professoru  Bəhram Əmir Əhmədiyandan alınıb.
Qarabağdakı münaqişədən danışan  Əhmədiyan  Ermənistanın Azərbaycan ilə aparacağı müharibədə “qələbə” qazanmasının İranın “qələbə” qazanması anlamına gəldiyini iddia edib.
“İranın Ermənistan ilə əlaqələrinin daha yaxşı olması təbiidir və “bizim Ermənistan ilə 40 km. sərhədimiz vardır. Ermənistanın  əlində olan  Qarabağ  ilə birlikdə 120 km  sərhədimiz var. Ermənistanın bu müharibədə uğuru bizim marağımıza uyğundur,  amma müharibənin davam etməsi bütün regionun əleyhinə olacaq.”
İfrat fars  millətçilərindən olan Əmir Əhmədiyan müsahibəsində İranın niyə Ermənistana dəstək verməsinin səbəbini açıqlamasa da, Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsinin Qarabağ böhranını daha da “dərinləşdirdiyini” iddia edib. Əhmədiyan Ermənistan rəhbərliyinin “Qarabağ müharibəsində İran bizə dəstək olmasaydı  indi böyük ehtimalla Ermənistan adlı bir dövlət olmazdı” açıqlamalarını xatırladıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistanı “tərəzinin eyni gözünə qoyan” və hər iki ölkəni atəşkəsə çağıran İran eyni zamanda özünü “İslam dünyasının qoruyucusu” kimi təqdim edir.

About admin

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *