Home / Bilirsinizmi? / Təklənmiş Kərküküm….
IMG-20170412-WA0008

Təklənmiş Kərküküm….

Aprelin 12-də Ümid Partiyasının qərargahında “Təklənmiş Kərküküm – son olaylar və mövcud durum” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı son günlər Kərkükdə baş verən olaylar və Azərbaycanın bu olaylara reaksiyası haqda məlumat verdikdən sonra ilk məruzə üçün söz BAH sədri, filosof alim Yasəmən Qaraqoyunluya verildi. Y. Qaraqoyunlu Kərkük sorununun kökləri , bölgədə geopolitik durum, Türkiyə və Azərbaycanın üzləşdiyi sorunlar müstəvisində baş verənlərin Kərkükə də təsiri haqda geniş məruzə etdi. Kərkükdə və umumiyyətlə Türkmənelində son durum haqda isə Bakıda təhsil alan kərküklü tələbə Yəhya Mehdi məlumat verdi. Daha sonra mövzu haqda çıxışlara başlandı. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycan İraq Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova, Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Turan Ocağı”nın idare heyyetinin üzvü Altay Bozkır, tanınmış hərəkatçı Nemət Pənahlı, BAO təmsilçisi Eldəniz Abbaslı, MGT təmsilçiləri Sevinc Əliyeva, Ağ Partiya təmsilçisi Rüfət Hacıbəyli, gənc fəallar Murad Ağayev, Xanım Əliyeva, Orxan Pənahlı, Akif Seyfullayev, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev çıxış edərək Kərkükün Türk Dünyasının, özəlliklə Azərbaycan Türklüyünün bir parçası olmasına işarə edərək hər zaman Türkmənelinin yanında olacaqlarını bildirdilər. Dəyirmi masa Kərkükə mənəvi yardımla bağlı bir araya gəlinməsi , özəlliklə “Kərkük Harayı” Əlaqələndirmə Şurasının fəaliyyətinin aktivləşdirilməsi haqda ümumi qərarla sona çatdı.

IMG-20170412-WA0006

IMG-20170412-WA0007

IMG-20170412-WA0009

About admin

Check Also

3

Ən yeni Rusiya hərbi texnikası Azərbaycanda – FOTO + VİDEO

Share this on WhatsAppAzərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən, Rusiya istehsalı olan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *