Home / Bilirsinizmi? / Düşmən TEŞVİŞDE: erməni ordusunda müəmmalı ölümlər – VİDEO
rh

Düşmən TEŞVİŞDE: erməni ordusunda müəmmalı ölümlər – VİDEO

Dünən İrəvanda Ermənistan ordusunun qeyri-döyüş şəraitində qətlə yetirilən 5 əsgərin anası növbəti etiraz aksiyası keçirtdi. Bu aksiyadan sonra Ermənistan mediasında ordudakı acınacaqlı vəziyyət haqda məlumatlar yayılıb.


ATO.AZ xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi qeyri-döyüş şəraitində ölən əsgərlərin intihar etdiyini bildirib.

Lakin valideynlər bununla razılaşmırlar və hesab edirlər ki, onların övladları yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirilib.

Ölən əsgər Artur Kazaryanın anası irina Kazaryan bildirib ki, heç kim onları qəbul etmək istəmir: “Müdafiə naziri Viqen sarkisyan deyir ki, ona bu ölümlərlə bağlı araçşdırmaq aparmaq səlahiyyəti verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib?!”.

Erməni jurnalist Romella Mnaçakanyan yazır ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır: “Əsgərlərin qeyri-döyüş şəraitində, müəmmalı şəraitdə ölməsi halları çoxalıb. Bu müharibənin ən qorxunc nəticəsidir. Lakin müharibə başqa ölkə ilə deyil, ordunun daxilində aparılır və öldürən də, ölən də erməni əsgəridir”.

Erməni jurnalist prezident Serj Sarkisyana işarə edərək, “balıq başdan iylənir” deyə yazıb.

“Sarkisyan “aprel müharibəsi”ndə itkiləri gizlədərək, cəmiyyəti aldatdı. O, insanlara hər şeylə bağlı yalan danışır və onun kadrı olan Viqen Sarkisyan da məntiqi ardıcıllığa uyğun olaraq, əsgər analarını qəbul etmək istəmir, onlara “bu mənim işim deyil” deyə bildirir. Bu gün orduda korrupsiyadan tutmuş, əsgərlərin təhqir olunmasına qədər bütün iyrəncliklər var. Orduya döyüşməyə gedən əsgərlər yüksək rütbəli zabitlərin düşmənçiliyi ilə qarşılaşırlar. Bütün əsgərlər təşviş içindədir və onların xidməti də belə başa çatır. Təbii ki, qətlə yetirilməsələr…”, – deyə erməni jurnalist bildirir.

 

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *