Home / Bilirsinizmi? / Təcili! Bakıda DƏHŞƏTLİ HADİSƏ: Polislərin üstünə kimyəvi məhlul atdılar – Ölən var
1492679691polis

Təcili! Bakıda DƏHŞƏTLİ HADİSƏ: Polislərin üstünə kimyəvi məhlul atdılar – Ölən var

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E. İbrahimov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

 

About admin

Check Also

iran-suriya

İran Suriyadan çıxacağı vaxtı açıqladı – İKİ ŞƏRT

Share this on WhatsAppİran Suriyadan çıxmasının şərtlərini açıqlayıb. Ato.az  xəbər verir ki, İran Xarici İşlər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *