Home / Bilirsinizmi? / Türkiyə ordusuna gözlənilməz hücum: Şəhidlər var
600@0 (1)

Türkiyə ordusuna gözlənilməz hücum: Şəhidlər var

Türkiyə Silahlı Qüvvələri dərhal bölgəyə əlavə qüvvələr göndərib

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatları davam edir.

Türkiyədə gecədən şiddətli döyüşlər gedir: 26 ölü – FOTO

ATO.AZ-in DHA-ya istinadən verdiyi məlumata görə, vilayətin Uludərə qəsəbəsində türk hərbçilərlə PKK terrorçuları arasında şiddətli döyüşlər gedib.

Məlumata görə, terrorçuların hərbçilərə qəfil hücumu nəticəsində 2 əsgər şəhid olub, daha ikisi isə yaralanıb.

Türkiyə Silahlı Qüvvələri dərhal bölgəyə əlavə qüvvələr göndərib və genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Əməliyyatlara havadan hərbi helikopterlər də dəstək verir.

Türkiyə Ordusu aprelin 19-u gecə saatlarında kəşfiyyat məlumatı əsasında PKK terrorçularına qarşı əməliyyatların miqyasını genişləndirib. Türk əsgərləri iki günə 26 terrorçunu məhv edib. Onların arasında İran əsilli SORO kod adlı terrorçu da var.

Türk əsgərləri

Türk əsgərləri

Son bir həftə ərzində keçirilən əməliyyatlarda isə 45 terrorçu öldürülüb. Lakin döyüşlər zamanı TSQ-da itki verib, 5 əsgər şəhid olub, 5-i isə yaralanıb.

Terrorçuların xeyli sayda silah-sursatı ələ keçirilib, sığınacaqları damadağın edilib.

TSQ-nın yaydığı məlumatda eyni zamanda qeyd olunur ki, türk əsgəri Suriyanın şimalında 2015 kilometr ərazini terrorçulardan tamamilə təmizləyib

About admin

Check Also

son-dakika-iran-in-ahvaz-kentinde-teror-11257611_9177_o

İranda hərbi paradda TERROR: çoxlu sayda ölü və yaralı var – FOTO

Share this on WhatsAppİranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib. Ato.az …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *