Home / Bilirsinizmi? / Suriyadan daha 1 əfqanlı “Sepah”çının cənazəsi ölkəyə gətirilib
_محمد_شریفی

Suriyadan daha 1 əfqanlı “Sepah”çının cənazəsi ölkəyə gətirilib

ATO.AZ GünAzTV-e istinaden xeber verir ki, İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 əfqanlı döyüşçüsü Suriyada həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadası muzdlusu Məhəmməd Şərifi, son günlər bu ölkədə baş verən qarşıdurmalarda  Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən  “Sepah”çı, aprelin 28-də İranın Pakdəşt şəhərində torpağa tapşırılıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

_محمد_شریفی

About admin

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *