Home / Siyasət / Dövlət Dumasının deputatı Qarabağ münaqişəsindən danışdı
russia_flag

Dövlət Dumasının deputatı Qarabağ münaqişəsindən danışdı

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. Bunu Ato.az-a Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Solovyov deyib. O qeyd edib ki, Rusiya ilk vaxtdan özünü danışıqlarda vasitəçi kimi təklif edib və keçən müddət ərzində öz mövqeyindən kənara çəkilməyib.
Deputat deyib: “Bizim vasitəçiliyimiz ilə danışıqlar gedir, məsləhətləşmələr aparılır. Çox böyük iş görülüb. Mən əminəm ki, münaqişə beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini tapacaq”.
Rusiyalı deputatın sözlərinə görə, münaqişənin nizamlanması üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.
O deyib: “Minsk qrupu fəal işləyir, müzakirələr gedir. Bütün ölkələr, ilk növbədə Rusiya danışıqlar üçün əlverişli şərait yaradırlar. Əminəm ki, bütün bunlar öz bəhrəsini verəcək və münaqişə həll olunacaq”.

About ato.az

Check Also

cavushogluyeni

Bakıda mənə dedilər, aşağı düş, çaşdım… – Çavuşoğlu

Share this on WhatsApp Azərbaycan və türk dillərində olan müəyyən fərqlilik əslində bizim zənginliyimizdir. Trend-in …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *