Home / Siyasət / Böyük kapital axını Rusiya iqtisadiyyatını sarsıdır
1494651764_1

Böyük kapital axını Rusiya iqtisadiyyatını sarsıdır

Rusiyadan kapital axını bu ilin yanvar-aprel ayları ərzində keçən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Ato.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Mərkəzi Bankı yayıb. Mərkəzi Bank ilk 4 ay ərzində kapital axınının 21 milyard dollara (keçən ilin analoji dövründə bu 9,8 milyard dollar idi – red.) çatdığını bildirib.

Qeyd edək ki, Rusiyadan irimiqyaslı kapital axını 2014-cü ildən start götürüb. 2014-cü ildə ölkədən 153 milyard dollar, 2015-ci ildə 57,5 milyard dollar, 2016-cı ildə isə 15,4 milyard dollar kapital çıxarılıb.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin bu ilin aprelində ölkədən kapital axınının 8-10 milyard dollar olacağını proqnozlaşdırmışdı. Nazirlik 2019-cu ildə bu rəqəmin 6 milyard dollara düşəcəyini bildirmişdi.

About ato.az

Check Also

cavushogluyeni

Bakıda mənə dedilər, aşağı düş, çaşdım… – Çavuşoğlu

Share this on WhatsApp Azərbaycan və türk dillərində olan müəyyən fərqlilik əslində bizim zənginliyimizdir. Trend-in …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *