Home / Bilirsinizmi? / Karatenin brilliantı finalda…
post_5916d71dd6eb5

Karatenin brilliantı finalda…

Azərbaycan karateçisi Rafael Ağayev “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 

ATO.AZ-ın məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. O, 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib – 5:2. Bu görüşdə təcrübəli idmançı baldırından zədələnsə də, görüşü sonadək davam etdirərək qələbəyə nail olub. O, yarımfinalda isə malayziyalı Şarmendran Raqonatanı da üstələyərək finala yüksəlib və ən azı gümüş medalı təmin edib.

Bu gün Azərbaycanın daha iki karateçisi də finala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova yarımfinalda iordaniyalı Majedah Albaşairehi məğlub edib. Fəridə Abiyeva isə (61 kq) həlledici görüşə vəsiqə uğrunda Özbəkistan təmsilçisi Barno Mirzayevanı üstələyib.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *