Home / Müsafirimiz / “KÖNÜLLÜLƏR” NƏYƏ KÖNÜLLÜDÜRLƏR?!
18447890_1854428344811370_1593066884_n

“KÖNÜLLÜLƏR” NƏYƏ KÖNÜLLÜDÜRLƏR?!

 

    Sizə də,mənə də məlumdur ki, vətənimizdə, Azerbaycan Oğuz Türk yurdunda hər il beynəlxalq yarışlar keçirilir.Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün xüsusi ilə əhəmiyyətlidir. Bu səbəbdən də ev sahibliyi etdiyimiz yarışlara həm maddi, həm də mənəvi cəhətdən ciddi hazırlıqlar edilir.Vətənimizdə keçirilən bu yarışlar Azərbaycan Türk mədəniyyətini,adət-ənənələrini,incəsənətini,tarixini gələn misafirlərə tanıdmağı da qarşısına məqsəd qoyurum. Bizim misafir sevərliyimiz,qonaq pərvərliyimiz xaricdən gələn qonaqlarımızın da diqqətini xüsusi ilə cəlb edir.Bu səbəbdəndir ki,gələn qonaqlarımıza yardımcı olsun deyə xüsusi “könüllülər” adlandırılan qrup təşkil edilmişdir ki, onlara tariximizi,mədəniyyətimizi tanıdsınlar,şəhəri gəzərkən yardımcı olsunlar.Həqiqətən bu işi layiqi ilə görən könüllü həmvətənlərimiz vardır.Mənim ətrafımda ,dostlarımın arasında da xüsusi ilə bu işə önəm verən tanışlarım vardır və onlara vətənimizə xidmət məqsədiylə çalışdıqları üçün təşəkkür edirəm.Amma bu işdə çox da doğru yolu tutmayanlarda vardır.Sizə vətənimizə misafir olan və burda çalışan əslən İngilis olan bir tanışımızın qarşılaşdığı və təəccübləndiyi bir hadisədən bəhs edəcəyəm. Beləki uzun müddətdir Azərbaycanda yaşayan və Bakıda bir şirkətdə çalışan əslən İngilis olan bu dostumuz şəhərdə gəzərkən onun yarışlar səbəbi ilə vətənimizə gəldiyini zənn edən 6 nəfərlik gənc könüllü qrupu ona tərəf gələrək “Xoş gəldiniz,bizlər könüllüyük və sizin yardıma ehtiyacınız varsa, sizə kömək edə bilərik” deyirlər. Bizim əcnəbi dostumuz ,”Sağ olun mən artıq yerli sayılıram,buranı taniyiram ” deyərək cavab verir.Bunun üzərinə söhbətə başlayırlar.Bizim xarici dostumuz qrupdakıların aralarında fərqli dildə yəni Azərbaycan Türkçəsində danışmadığını görür və ” siz Azərbaycandan deyilsiniz hər halda ?” deyə sual edir. Məlum olur ki, iki könüllü əslən Azerbaycanlı deyil.Bunu öyrəndikdən sonra əcnəbi dostumuz digərlərinin də Azərbaycanlı olmadığını zənn etdiyini ,başqa dildə danışdıqlarını söyləyir. Düşünün bunu eşidən eslən Azərbaycanlı olan dörd nəfər sevinərək” Sağ olun, bizi azərbaycanlı kimi görmədiyinizə sevindim” deyirlər. Hansı səbəbdən belə sevindikləri soruşulduqda isə cavab olaraq əslən Azərbaycanlı olan bu 4 nəfərin ortaq cavabi belə olur” azərilər ya da siz necə deyirsiz ,azərbaycanlılar çox da mədəni olmurlar ,mədəniyyətsiz olurlar,çağdaş olmurlar.bizi onlara oxşadmadığınız üçün sağ olun.”Bunun üzərinə xarici dostumuz “Sizin düşüncəniz heç də doğru deyil gənclər,mən çox zaman oldu burda çalışıram və tanışlarımızın çoxu Azərbaycanda böyüyüb və çox mədəniyyətli dəyərli insanlardı.Həm siz burda Azərbaycanı tanıdmalısınız .Mən artıq buranın yerlisi sayılıram və burda tanışlarım olmasa sizin düşüncənizlə hərəkət etseydim, Azərbaycanın əhalisini və mədəniyyətini yanlış anlamış olardım” deyir.
Sizə bəhs etdiyim bu hadisədən xəbərdar olduqdan sonra ,mənə bu hadisəni təəccüblə danışan əcnəbi dostumuza xüsusi təşəkkür edtim.Çünki, bu dost özünün Azərbaycanlı olduğunu deyən və başqa dildə danışmağ, fərqli milllətdən biri kimi görünməyi mədəniyyət hesab edən sözdə “həmvətənlərimizə” yaxşı dərs vermişdi.Ama bu gəncələrin düşüncə tərzi məni çox məyus etdi. Sən Azərbaycanda yaşa,Azərbaycanın suyunu iç burada böyü ama arada bir dil öyrən özünü müasir hesab et və Azərbaycan xalqını mədəniyyətsiz hesab et!.Bu hal həqiqətən dəhşətdir və çox üzücüdür. Bizim yaxşı bir deyimimiz var”Tısbağa qınından çıxdı qınını bəyənmədi”. Ama loru dillə desək, bunlar heç qınlarından da çıxmayıblar,qının içində ola-ola ,bu qına sığına sığına qınlarını bəyənmirlər. Düşünün öz dilində danışmayan və öz mədəniyyətini bəyənməyib ədabazlıq edənlər Azərbaycanımızı necə tanıda bilərlər. Türk dünyasının görkəmli düşünürü şairi Bəxtiyar Vəhabzadə necə də gözəl deyib: Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun.(1)
BU MİSRALAR HƏR ŞEYİ DEYİR ƏSLİNDƏ. Şairin diger misralarıda tam bu mövzunu əhatə edir :Gülmə öz kökünə, ayıbdır sənə!
“Ot kökü üstündə bitər, unutma,
Köhnə damğasını vurub atana,
Özgədən özünə sən ata tutma!()

və ya
Nəsənsə, özün ol,
Kökündən yapış!
Dünənə arxalan,
Bu gündən yapış! ()
Qısaca sizlərə bildirmək istəryirəm ki, dəyərli həmvətənlərim ,”Könüllü” olunca ilk öncə düşünün ki nəyə könüllü olursunuz. Sizlər Azərbaycan Türk Yursdunu tanınmasına xidmət edirsiniz. Tanıdığım və bu işi layiqincə yerinə yetirən soydaşlarıma təşəkkür edirəm.Digərlərinə isə sadəcə tutduqları yolun doğru olmadığını bildirmək istəyirəm.Unutmayin dünyanin dörd bir yanında yaşayan soydaşlarımız vətənin adini uca tutur və dilini yaşadır.Güney Azərbaycandakı Azərbaycanlı Oğuz Türkləri öz mədəniyyətini ,dilini yaşadmaq üçün mübarizə aparır.Azərbaycanda hər il yüksək səviyyəli beynəlxalq yarışlarin keçirilmə səbəbi mədəniyyətimizi ,tariximizi dünyaya tanıdmaqdır.İdmançılarımız adımızı ucaldsın deyə mücadələ edirlər. Lütfən bu əməklərə kölgə salacaq davranışlar sərgiləməyin.
İstifadə edilən mənbələr:
1) BƏXTİYAR VAHABZADƏ SEÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ,I CİLD “ÖNDƏR NƏŞRİYYAT” BAKI-2004
Vahabzadə, I cild, 2004: 37)

Yazar :Aynur Talıblı.Tarih ve Medeniyyet Araşdırmacısı

18447890_1854428344811370_1593066884_n18492237_1854428334811371_1456709710_n18470892_1854428348144703_612988109_n18448104_1854428354811369_1603311229_n

About admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *