Home / Siyasət / Rusiya kəşfiyyatı 74 ölkəyə hücumu edib, sıradakı ÖLKƏ TÜRKİYƏDİR – ŞOK İDDİA
1494671394_1

Rusiya kəşfiyyatı 74 ölkəyə hücumu edib, sıradakı ÖLKƏ TÜRKİYƏDİR – ŞOK İDDİA

ATO.AZ-ın məlummatına görə Britaniya KİV-i ötən gün qeydə alınan genişmiqyaslı hakerhücumda “Rusiya izi”nin mövcudluğuna işarə edirlər.

Teref.info xəbər verir ki, “Telegraph” nəşri “Shadow Brokers” haker qrupunun ABŞ-ın Suriyaya raket zərbələrindən dərhal sonra kompüterləri virusla yoluxdurmağa başladığını yazıb.

Britaniya nəşri yazır ki, haker qrupu Suriyaya raket zərbələrindən sonra ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. Bundan bir həftə sonra, aprelin 14-də (Suriyanın Şayrat aviabazasına raket zərbələri aprelin 7-də endirilmişdi – red.) “Shadow Brokers” Amerika Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlanmış casus proqram təminatından istifadə ediblər. Güman edilir ki, həmin proqramdan son hücumlarda da istifadə olunub.

Nəşr yazır ki, bəzi ekspertlərin fikrincə, bu, kibercasusların Rusiya ilə əlaqəsini göstərir. Qeyd edək ki, “Shadow Brokers” qrupunun Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olduğu bildirilir.

Xatırladaq ki, ötən gün 74 ölkədə müxtəlif təşkilatlara ümumilikdə 45 min haker hücumu qeydə alınıb.WanaCrypt0r 2.0 adını daşıyır virus və İngiltərədəki Milli səhiyyə Sistemi, İspaniyanın ən böyük telekommunikasiya şirkəti olan Telefonicaya da təsir edib.

Türkiyədə bir neçə saat ərzində 57 mindən çox kompüter bu virusa yoluxub.

Mütəxəssislər xəbərdarlıq edir. Kompüterlərin antiviruslarını yeniləməyəi tövsiyə edirlər. ATO.AZ.

About ato.az

Check Also

erdogan_trump

ABŞ bizi qoyub YPG ilə anlaşdı – Türkiyə

Share this on WhatsApp ABŞ-ın Türkiyənin ünvanına səsləndirdiyi təhdidlər iki ölkənin münasibətlərinə yalnız zərər verir. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *