Home / Gündəm / Vahid Əhmədov hökumət rəsmilərini AzTV-yə çıxmağa çağırdı
vahid_hmdov

Vahid Əhmədov hökumət rəsmilərini AzTV-yə çıxmağa çağırdı

Azərbaycan hökumətinin rəsmiləri Beynəlxalq Bankla əlaqədar yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında çıxış edib vəziyyətə aydınlıq gətirməlidir”.

ATO.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə mətbuatda çoxlu məlumatlar yer alır:

“Bu, bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Nyu-Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Azərbaycan Beynəlxalq Bankı bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb.

Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu-York məhkəməsinə müraciət etməsi suallar yaradıb, bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı çoxsaylı müzakirələr sırasındadır.

About admin

Check Also

1499665733

Ermənistanın paytaxtında partlayış – Yaralanan var

Share this on WhatsApp Ermənistanın paytaxtında qazdoldurma məntəqəsində partlayış baş verib. Ato.az  “RİA Novosti”yə istinadən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *