Home / Qarabağ / “Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiqlədi” – Müdafiə Nazirliyi
84d400576e449d70ffeaf064aa49ccba

“Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiqlədi” – Müdafiə Nazirliyi

Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib.

Müdafiə Nazirliyindən Ato.az-a verilən məlumata görə, Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb: “Düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.

Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi”.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib

About ato.az

Check Also

pavel_felgengauer

Qarabağ da müharibə başlayır..

Share this on WhatsApp ATO.AZ xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Pavel Felgenhauer …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *