Home / Bilirsinizmi? / İranın 2 sərhədçisi öldürüldü
iran_border_police_180816

İranın 2 sərhədçisi öldürüldü

İranın qərbində terrorçularla silahlı toqquşma zamanı 2 İran sərhədçisi ölüb, 2-si isə yaralanıb.

ATO.AZ -ın Trend-ə istinadən məlumatına görə, toqquşma Urmiyanın sərhədçiləri ilə PKK terror qruplaşmasının qolu sayılan PJAK üzvləri arasında baş verib.

May ayının əvvəlində İran, Türkiyənin öz sərhədində 144 kilometrlik divar inşa etmək planını dəstəklədiyini bildirib.

“Biz, sərhədlərin təhlükəsizliyini və sabitliyini gücləndirən istənilən addımları alqışlayırıq”, – İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib.

Qeyd edək ki, ötən ay İranın Sistan-Belucistan əyalətində, Maryava şəhərinin yaxınlığında Caş-ul-Adl terror qruplaşmasının üzvləri İran sərhədçilərinə hücum ediblər. Terrorçuların hücumu nəticəsində 10 İran sərhədçisi həlak olub, 2-si isə yaralanıb.

About admin

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *