Home / Türk Dünyası / NASA-ya kosmik gəmilər satan Türk
ozmen

NASA-ya kosmik gəmilər satan Türk

ABŞ-da bir neçə şirkəti olan Türkiyəli iş qadını Eren Özmen “Forbes” jurnalında “Öz sərvətini özü qazanan 50 qadın” siyahısında 16-cı yeri tutur.

“Forbes”in araşdırmalarına görə, Eren Özmenin sərvəti 1 milyard dollardan çoxdur. Bu sərvətin qaynağı da NASA-ya kosmik gəmilər düzəltməkdən gəlir.

Eren Özmen şirkətləri həyat yoldaşı ilə birlikdə idarə edir. Qurduğu 3-cü şirkət olan SNC yalnız NASA üçün işləyir.

Onlar kosmik gəmilər hazırlayır və NASA-ya təhvil verirlər.

Eren Özmenin həyat yoldaşı ilə idarə etdiyi bu şirkət NASA ilə çalışmaqdan əlavə də dünyada 10 ən güclü şirkət arasında yer alır.
ATO.AZ sayıtı musavat.com- a istinaden sizə NASA-ya kosmik gəmilər satan Türk qadın haqqında maraqlı məlumatları təqdim edir.

ABŞ-ın Nevada ştatında 1963-cü ildə qurulan “SNC” şirkəti 1994-cü ildə 20 işçisi ilə birlikdə Eren Özmen tərəfindən alındı. Özmen ailəsi bu şirkət üzərindən əldə etdikləri gəlirlər ilə işləri daha da böyütdü.

Onlar ABŞ-ın 18 ştatında 34 fərqli yerdə, Türkiyə, Almaniya və İngiltərə kimi ölkələrdə əlavə şirkətlər qurdular. Şirkətlərin artıq 3 mindən çox işçisi var idi.

“SNC”( Sierra Nevada Corporation) şirkəti mikropeyklər, kosmik sistemlər və s. bu kimi işlər üzrə xeyli təcrübə sahibi olan bir texnologiya şirkətidir.

Özmen ailəsi eyni zamanda Türkiyəyə aid olan “milli uçak” layihəsinin də ortağıdır.

Hazırda Almaniyanın “Dornier 328” təyyarələrinin bütün mülkiyyətini satın alan Özmen ailəsi “Dream Chaser” adını verdikləri kosmik gəmini hazırlamaqla məşğuldur.

Milyardlar qazanan Türk qadın eyni zamanda xeyirxah işlərlə də məşğuldur.

O, 2014-cü ildə Nevada ştatında Reno universitetinə tələbələrin sahibkarlıq mərkəzi açılması üçün 5 milyon dollar bağışlamışdı.

Bu addımlarının qarşılığında Özmen cütlüyü universitet tərəfindən fəxri fərmanla təltif edilmişdi.

About ato.az

Check Also

mete-xan

Mete Xan: Ata qatili, yoxsa Böyük Çin Səddini aşan “Göylər övladı”?! – Araşdırma

Share this on WhatsApp Miladdan 200 il öncə, Çinin quzeyində maraqlı bir olay yaşanmışdı. Quzeydən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *