Home / Dahilər / Cavad Xan
cavad_xan_portret_4

Cavad Xan

Azərbaycan xanlarından nə ilə fərqlənirdi? gər sualın cavabını bilmək istəyirsinizsə, onda bu qeydləri axıradək oxumanız lazımdır. Cavad xanın hakimiyyəti 1786-1804-cü illəri əhatə edir. Tariximizi yaxşı öyrənmisinizsə, yəqin ki, bu dövrün necə qarışıq və mürəkkəb bir dövr olduğundan xəbəriniz var. 18-ci əsrin axırlarında Rusiya artıq Qafqaza ayaq açmışdı. Nəhəng imperiyaların maraqlarının toqquşduğu bölgə təlatümlü günlər yaşayırdı. Azərbaycanın digər xanları kimi, Cavad xanın da əsas qayğısı xanlığın müstəqilliyini və öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq idi. O, bir tərəfdən gürcü çarı İrakli ilə vuruşur, Ağa Məhəmməd şah Qacarın qəzəbindən yayınmaq üçün diplomatik gedişlər edir, digər tərəfdən qonşu xanlarla aralarındakı ixtilaflara son qoyub antirusiya koalisiyası yaratmağa və bu ittifaqa hətta Dağıstan əmirlərini də qoşmağa çalışırdı. Şimaldan gələn təhlükə isə addım-addım yaxınlaşmaqda idi… Bu, uzun bir tarixçədir. Ona görə də təfərrüata varmadan Rusiyanın Qafqazla bağlı planlarına və Cavad xanın ruslarla mübarizəsinə nəzər salaq. 1796-cı ildə Valerian Zubovun başçılığı ilə rus qoşunlarının Qafqaza birinci yürüşü başlayır. Ruslar işğalçılıq planlarını silah işlətmədən, danışıqlar yolu ilə həyata keçirmək istəyir və buna qismən nail olurlar. Müqavilələr bağlanır, xanlar öz səlahiyyətlərinin müəyyən hissəsini Rusiya canişininə güzəştə gedir, əvəzində öz hakimiyyətlərini saxlayırlar. Bir müddət sonra imperatriça II Yekaterina vəfat edir və onu əvəz edən I Pavelin əmri ilə rus qoşunları Qafqazdan geri çəkilir. Üç il sonra rusların Qafqaza ikinci yürüşü başlayır. 1799-cu ildə çar qoşunları Gürcüstana girir və bir ildən sonra Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest elan olunur. Növbə Gəncəyə yetişir. Qafqazdakı rus qoşunlarının komandanı təyin olunmuş gürcü mənşəli general Sisianov Tiflisdən Cavad xana məktub yazıb ondan öz fəaliyyəti barədə hesabat istəyir, sədaqət və xatircəmlik əlaməti olaraq oğlanlarından birini Tiflisə göndərməsini tələb edir. Cavad xan belə kobud bir tərzdə qoyulmuş tələbləri yerinə yetirməkdən boyun qaçırır və başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Buna görə də qalanı möhkəmləndirib müdafiəyə hazırlıq görməyə başlayır. 1803-cü ilin payızında ruslar Tiflisdən Gəncəyə doğru hərəkətə keçirlər. Şəhərin yaxınlığında dayanan Sisianov Cavad xana məktub yazaraq, ultimatum verir ki şəhəri təslim etsin. Cavad xan cavabında bildirir ki, təslim olmaq fikrində deyil və Gəncəni axıradək müdafiə edəcək. Sisianovun və Cavad xanın qoşunu Gəncənin yaxınlığında, Quru Qobu adlanan yerdə üz-üzə gəlir. Düşmən həm silah-sursat, həm də sayca qat-qat üstün idi. Bu səbəbdən ağır itkilər verən gəncəlilər geri çəkilərək, qala darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar Gəncə qalasını mühasirəyə alırlar. Sisianov bir-birinin ardınca ultimatumlar göndərib Cavad xandan qalanı təhvil verməsini tələb edir. Xan hər dəfə ona birmənalı cavab verir: Sən Gəncəyə yalnız mənim meyidimin üstündən keçib girə bilərsən. Cavad xanı fikrindən döndərə bilməyəcəyini görən Sisianov uzun sürən mühasirəni dayandırıb Gəncəni silah gücünə almaq qərarına gəlir. 1804-cü il yanvarın 3-də rusların qala üzərinə şiddətli hücumu başlayır. Onların qala divarlarını asma nərdivanlarla aşmaq cəhdi baş tutmasa da, hücumların ardı-arası kəsilmir. Gəncənin müdafiəsində dayananların mərdliklə müqavimət göstərmələrinə baxmayaraq, Sisianovun qoşunu qalanın əsas qüllələrini ələ keçirir. Cavad xan döyüşü qala divarları üzərində də davam etdirir. Qeyri-bərabər döyüş uzun çəkmir. Yanvarın 3-dən 4-nə keçən gecə saat dörd radələrində Cavad xan və oğlu Hüseynqulu döyüş meydanında qəhrəmancasına həlak olurlar… Azərbaycan xanlarından heç biri ruslarla açıq döyüşə girməmişdi. Onlar Rusiyanın itaəti altına, demək olar, müqavimətsiz keçmişdilər. Cavad xanı digər xanlardan fərqləndirən bu idi: azadlıqsevərliyi və işğalçılara boyun əyməməsi. Cavad xan Gəncədə məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə məscidin yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Vətənpərvər insanlar xanın cəsədinin qalıqlarını gizlədib saxlamağa müvəffəq olurlar. Azadlıq küləkləri yenidən əsməyə başlayanda – 1990-cı ildə onu əvvəlki yerində basdırırlar. Xalq öz qəhrəman oğullarını heç vaxt unutmur. Onlardan biri olan Cavad xanın xatirəsi layiqincə əbədiləşdirilib. Heydər liyev Fondu tərəfindən Cümə məscidinin həyətində Cavad xanın türbəsi ucaldılıb. Gəncədə və Bakıda onun adına küçə var. Haqqında film çəkilib.

ATO.AZ

About ato.az

Check Also

elçibeyy

Mərhum Prezident Elçibəy FOTOLARDA

Share this on WhatsApp Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *