Home / Qutlamalar / Doğum günün Qutlu Olsun
250px-Zakir_Hasanov_meeting_with_Ali_Shamkhani

Doğum günün Qutlu Olsun

Zakir Həsənov 6 iyun 1959-cu ildə
Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.
1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.
Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir.

ATO.AZ

About ato.az

Check Also

W1siZiIsIjIwMTcvMDgvMDkvMTEvMjQvNDIvNjUxL2FhOGI5ZjYwMTQwZTRiMDVjMDg4ZjU1MDJhZDFlY2Y1LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d

Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək

Share this on WhatsAppAvqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Ato.Az AZƏRTAC- a …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *