Home / Acun ( Dünya ) / ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib
1496895033_1

ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib

Ato.az xəbər verir .ABŞ konqresmeni Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib; ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Nyu Cersi ştatını təmsil edən Donald Peyn Azərbaycanın milli bayramı – Respublika gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə dünyada ilk demokratik və dünyəvi Müsəlman dövləti qurduğu, müstəqilliyinin qısa sürməsinə baxmayaraq Sovet İttifaqının əsarətindən qurtularaq 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini bildirib.

ABŞ-ın müttəfiqi olduğunu vurğuladığı bəyanatında D.Peyn Azərbaycana ABŞ və NATO qüvvələrinə göstərdiyi mühüm dəstəyə, Azərbaycan hərbçilərinin Əfqanıstanda ABŞ əsgərləri ilə çiyin-çiyin vuruşduğuna, habelə Kosovo və İraqdakı əməliyyatlara verdiyi töhfələrə görə ABŞ-ın minnətdarlığını ifadə edib. Daha sonra bəyanatda Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq 1990-cı illərdən etibarən İsraillə sıx əlaqələr qurduğu, ölkəmizin yəhudi icmasının evi olduğu və tolerant cəmiyyətimizdə dini azadlıq də plüralizmin təmin edildiyi vurğulanıb.

Sonda BMT, NATO və ATƏT-in üzvü kimi Azərbaycan beynəlxalq ictimaiyyətdəki roluna görə təqdir edilib və Azərbaycanın strateji cəhətdən mühüm və mürəkkəb regionda ABŞ-ın güclü tərəfdaşı olduğu vurğulanıb.

About ato.az

Check Also

armen-laset

İslam Almaniyada rəsmi din elan edilsin – Armin Laşet

Share this on WhatsApp İslam bütün Almaniyada rəsmi din elan edilməlidir. ATO.AZ xəbər verir ki, bu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *