Home / Acun ( Dünya ) / Ağ Ev: Trampla Putinin görüşü hələlik razılaşdırılmayıb
e5c5a4ac761f5835216f655387348e1f

Ağ Ev: Trampla Putinin görüşü hələlik razılaşdırılmayıb

ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşə dair razılıq hələlik əldə olunmayıb.

Ato.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

“Hələ ki, belə bir qərar mövcud deyil. Prezidentin Avropa səfərinin qrafiki üzərində işlər davam etdirilir”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Bundan əvvəl “Bloomberg” agentliyi ABŞ administrasiyasındakı mənbəyə istinadən Trampın yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı ilə görüşməyi planlaşdırdığını bildirib.

About ato.az

Check Also

turaz

Rusiya təyyarəsi belə vuruldu – Video

Share this on WhatsApp Rusiyanın Müdafiə Nazirliyi Suriyada baş verən İl-20 faciəsi ilə əlaqədar 3D …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *