Home / Acun ( Dünya ) / Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatından danışdı
Sağlık Bakanı Recep Akdağ, CVK Bosphorus Otelde düzenlenen İstanbul Sağlık Hizmetleri Değerlendirme Toplantısına katıldı. Bakan Akdağ, gazetecilere açıklamada bulundu. ( Muhammed Enes Yıldırım - Anadolu Ajansı )
Sağlık Bakanı Recep Akdağ, CVK Bosphorus Otelde düzenlenen İstanbul Sağlık Hizmetleri Değerlendirme Toplantısına katıldı. Bakan Akdağ, gazetecilere açıklamada bulundu. ( Muhammed Enes Yıldırım - Anadolu Ajansı )

Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatından danışdı

Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə danışıb.

Ato.az-ın”Anadolu”-ya istinadən məlumatına görə, İstanbulda səhiyyə xidmətlərinin dəyərləndirilməsi toplantısından sonra jurnalistlərə açıqlama verən nazir deyib ki, Natiq Əliyev Türkiyəyə ağır vəziyyətdə çatdırılıb: “Bir neçə gün əvvəl Azərbaycan tərəfindən bir müraciət edildi. Bir burdan ambulans təyyarəsini göndərdik və dəyərli nazirimizi, qardaşımızı Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi Türkiyəyə. Vəziyyəti son dərəcə ağır idi”.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyədə dünyasını dəyişib. Mərhumun nəşi iyunun 10-da Bakıya gətiriləcək və II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *