Home / Acun ( Dünya ) / Qəddafinin oğlu azadlığa buraxıldı
03de22acbb69bc4bad1fd99cb9a43309

Qəddafinin oğlu azadlığa buraxıldı

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl İslam Qəddafi ölkənin Zintan şəhərindəki həbsxanadan azadlığa buraxılıb.

Ato.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Seyf əl İslam Qəddafini həbsdə saxlayan yerli silahlı qruplaşmanın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Qəddafinin oğlu Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında iyunun 9-da azadlığa buraxılıb.

Qəddafinin qohumları Seyf əl İslamın Zintan şəhərini artıq tərk etdiyini və təhlükəsiz yerdə olduğu bildiriblər.

Seyf əl İslam 2011-ci ildə əsir götürülərək indiyədək Liviya həbsxanasında saxlanılıb. O 2015-ci ildə ölüm cəzasına məhkum edilmişdi.

About ato.az

Check Also

1515732570_1

Türkiyə və Rusiyanın qarşısını alacağıq – ABŞ

Share this on WhatsAppAto.az-ın məlumatına görə Türkiyə, İran və Rusiyanın Suriya böhranının həlli ilə bağlı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *