Home / Acun ( Dünya ) / Şah 55 min azərbaycanlını qətlə yetirdi… Şah 55 min azərbaycanlını qətlə yetirdi…
milliherekat

Şah 55 min azərbaycanlını qətlə yetirdi… Şah 55 min azərbaycanlını qətlə yetirdi…

Şah 55 min azərbaycanlını qətlə yetirdi…

qil Azərdoxt Güney Azərbaycanın milli fəallarından biridir. 1957-ci ildə doğulan milli fəal rdəbildə yaşayır. 1980-ci illərdən Azərbaycan tarixini araşdırmağa başlayan Azərdoxtun bir çox araşdırma əsəri çap olunub. O, ərdəbilli “Hacı Babaxan”, “Şah İsmayılın soykökü” və b. kitabların müəllifidir.

Kult.az .Azərdoxtun milli hərəkatla bağlı yazısını təqdim edir:

Milli hərəkat nə deməkdir? Nə vaxt və necə yaranıb?

Milli hərəkat mədəniyyəti – mədəni soyqırıma tuş gələn bir millətin, soyqırıma qarşı müqavimət göstərib dirənən igid və düşüncəli insanların hərəkatıdır. Demək, milli hərəkat, mədəni, siyasi, iqtisadi haqsızlığa tuş gələn bir millətin beyni və müqavimət səngəridir!

Hər bir siyasi-mədəni hərəkatın amalı və zəminləri olduğu kimi, milli hərəkat da bu qayədən istisna deyil. Bu məsələ haqda yazmaq çətin olsa da, buna çalışacağam.

Nəsrəddin şah Qacarın dövründə antitürk hərəkatı masonlara, xüsusilə ingilis agentliyinin seçilmiş məmurlarına, Eduard Braun (İranda bəhailik və panirançılığın yaradıcısı) və Mirzə ağa xan Nurinin (Nəsrəddin şahın baş vəziri) saray çevrilişinə qarşı formalaşmışdı. Bu müqavimət təfəkkürü Məşrutə İnqilabında da artıq özünü göstərib. Azərbaycan əyalətinin, Təbrizin və ondan sonra Şeyx Xiyabaninin, Hacı Babaxan rdəbilinin, Heydər xan mioğlunun, Şeyx Cəfər Pişəvərinin və başqa milli kimlik mübarizəsi aparanların vasitəsilə davam edib. Milli hərəkat II Dünya müharibəsinə qədər kül altında qalan köz kimi olub.

1320-ci ildə yenidən parlayan milli hərəkat 1324-cü ildə (1945) Azərbaycan Demokratiya Firqəsi adı ilə üzə çıxıb. Azərbaycan vilayətlərində muxtariyyət elan edilib. Lakin 1325-ci ilin 21 azərində (1946, 12 dekabr) ABŞ və İngiltərənin hərbi və siyasi yardımı ilə Pəhləvi hakimiyyəti Azərbaycan torpaqlarına ordu yeridərək, geniş miqyaslı qətliamlara başladı: 55 min Azərbaycan türkünü qətlə yetirdi. Buna baxmayaraq, azərbaycanlıların milli hərəkatı haqq yolunda olduğuna görə məhv olmadı. Yenə kül altında qalan oda çevrildi.

Şah rejiminin qətliamını unutmayan azərbaycanlılar 1971-ci ildə yenidən ayağa qalxaraq öz haqlarını tələb etdilər. Təbriz Pəhləvilərə qarşı inqilabın mərkəzinə çevrildi. Şah silahlı qüvvələri o dövrdə Təbrizdə fövqəladə vəziyyət elan edib, şəhərə hərbi bölgə statusu verdi. Lakin təbrizlilərin dirənişi və müqaviməti nəticəsində 1971-ci ildə şah rejimi çökdü.

Şah rejiminin dağılmasına baxmayaraq, İranda azərbaycanlılara qarşı antitürk siyasəti başladıldı. Savadsızlıq, yoxsulluq və qətliamlar qorxusu ilə Azərbaycanda milli hərəkatın aradan qaldırılmasına çalışıldı. Milli və mədəni fəalların sayı azaldı.

Lakin İran inqilabından sonra təkcə Azərbaycanda yox, İranda da bütün etnik qruplar arasında milli mücadilə başladı. Təbrizdə Şəriətmədarinin (dini xadim) tərəfdarları müsəlman hərəkatını başlatdı. Qonbədkabusda (şəhər) türkmənlər üsyan etdi və digər bölgələrdə də etirazlar oldu. Bu müqavimət və mübarizə bu günə qədər davam edir.

ATO.AZ

About ato.az

Check Also

684x384_story-f85f1904-a76e-5189-bb2d-91a1b74fb8ef_671423

Braziliya həbsxanalarında işgəncələr – VİDEO

Share this on WhatsAppBraziliya prokurorluğu Qoyas ştatında yerləşən həbsxanalardakı məhbuslara edilən işgəncələrlə bağlı araşdırmalara başlayır. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *