Home / Acun ( Dünya ) / ABŞ-la Türkiyə arasında qalmaqal: səfir nazirliyə çağırıldı
600@0 (1)

ABŞ-la Türkiyə arasında qalmaqal: səfir nazirliyə çağırıldı

ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib. Ato.az Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabiti və iki Kanada vətəndaşının adı var.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan məsələyə münasibət bildirərək bəyan edib ki, Ankara bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

“Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?”, – deyə Ərdoğan bildirib.

ABŞ-ın Türkiyədəki səfiri Con Bass sözügedən məsələylə əlaqədar XİN-ə çağırılıb. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır.

Qeyd olunub ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *