Home / Şəhidlərimiz / Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş
sehid

Şəhidimiz üç əsgərin həyatını xilas edibmiş

   

Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib.

Bu barədə Azvision.az-a Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.

“Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi”.

Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

ATO.AZ

About ato.az

Check Also

Allahverdi-Bagirov-azvision-photos-1-12_1513319771-15235208611

Erməni bayraqlarını iki saata endirən Milli Qəhrəman – Bu gün mindən çox əsiri düşməndən xilas edən Allahverdi Bağırovun doğum günüdür

Share this on WhatsApp  Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *