Home / Acun ( Dünya ) / Türkiyə İranla sərhədində beton divar çəkilişinə start verdi
turkduvar

Türkiyə İranla sərhədində beton divar çəkilişinə start verdi

Türkiyə Suriya ilə sərhəddə uzunluğu 700 km olan divar inşası işini başa çatdırdıqdan sonra İranla sərhədində beton divar çəkilişinə start verib.

Xarici mənbələrin bildirdiyinə görə uzunluğu 144 km olacaq beton divar, terrorçuların İran ərazisindən Türkiyə ərazisinə keçməsinin qarısını almaq üçün tikilir.

Türkiyənin müdafiə naziri Fikri İşıq jurnalistlərə açıqlamasında bildirib ki, İranla sərhəddə çəkiləcək divarın hündürlüyü 3 metr olacaq və sərhəd zonasında hər hansı bir hərəkəti qeydə alacaq avadanlıqlar və kameralarla təchiz ediləcək. Bu, İrana qarşı bir addım deyil. Divarın çəkilməsi sərhədlərimizdə və bölgədə təhlükəsizliyin qorunub saxlanılması üçün vacib məsələlərdən biridir.

“Milliyyət” qəzetinin yazdığına görə, iki ölkənin sərhədində divarın çəkilməsi, terrorçu PKK qruplaşmasına qarşı mübarizə aparmaq və onun üzvlərinin ölkə ərazisinə girməsinin qarşısını almaq üçün əhəmiyyət daşıyır.

Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) bildirdiyinə görə, hazırda 800-dən 1000-ə yaxın PKK terrorçusu İranın Maku, Şəhidan, Qotur, Navur, Dambat və digər hərbi düşərgələrində yaşayır, fəaliyyət göstərirlər. Onlar, vaxtaşırı əməliyyat keçirmək üçün Türkiyə ərazisinə keçir, terror və təxribat törətdikdən sonra yenidən İran ərazisindəki hərbi düşərgələrinə qayıdırlar.

Mayın 8-də Türkiyənin “Hürriyyət” və bir sıra digər qəzetlərində rəsmi Ankaranın terrorçuların, o cümlədən PKK-çı terroristlərin vaxtaşırı ölkə ərazisinə girişinin qarşısını almaq üçün İranla sərhəddə hündür divar inşa etmək niyyətində olduğu barədə məlumatlar yaymışdı. Bildirilmişdi ki, belə bir divarın tikilməsi, Türkiyə sərhədyanı ərazilərində təhlükəsizliyin qorunub saxlanılması üçün vacibdir.

Qeyd edək ki, İranın Türkiyə ilə sərhədyanı bəzi məntəqələrində, o cümlədən də Makuda PKK-nın hərbi düşərgələri var.

ATO.AZ

About ato.az

Check Also

whatsapp_190714

“WhatsApp”dan gözlənilən funksiya

Share this on WhatsApp “WhatsApp” messencerinin son yenilənmiş versiyasında “Göndərilmiş məktub” işarəsi peyda olub. ATO.AZ bildirir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *