Home / Acun ( Dünya ) / Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
isti-temperatur

Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir

Amerika və Britaniya alimləri bildiriblər ki, XXI əsrin son rübündə Yer üzü ölüm təhlükəsi yaradan istiliklə qarşılaşacaq. Müvafiq tədqiqata dair material “Nature Climate Change” jurnalında dərc edilib.

Ato.az xəbər verir ki, parnik qazları tullantısı azaldılmayacağı halda alimlərin proqnozu özünü doğrulda bilər. Planet əhalisinin təxminən yarısı öldürücü isti ilə qarşılaşacaq. Tropik rayonlarda hava şəraiti daha çətin olacaq.

Alimlərin fikrincə, iqlim o dərəcədə tez dəyişir ki, insanlar çətin ki, yeni şəraitə uyğunlaşa bilsinlər. Hazırda planet əhalisinin üçdəbiri istidən əziyyət çəkir.

Mütəxəssislər 1980-ci ildən istilər səbəbindən insan ölümü statistikasına həsr edilən 1,9 mindən çox tədqiqatı araşdırdıqdan sonra bu nəticəyə gəliblər. 2010-cu ildə Moskvada 10,8 mindən çox, 2003-cü ildə Parisdə 4,9 min, 1995-ci ildə Çikaqoda 740 nəfər isti havadan ölüb.

ATO.AZ

About ato.az

Check Also

199532

Avropa parlamentinin deputatı saymazyana şəkildə Xankəndinə gəldi… -FOTOLAR

Share this on WhatsAppAzərbaycan XİN həmişəki kimi “sərt reaksiya” verəcək… Avropa parlamentinin deputatı Yaromir Ştenin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *