Home / Güney Azərbaycan / Muğam müsabiqəsinin qalibi Güneyli oldu
esri4

Muğam müsabiqəsinin qalibi Güneyli oldu

“Muğam müsabiqəsi 2017”-də iştirak edərək 3-cü yerə layiq görülən Məcid Əsri doğma şəhəri Meşkinşəhrə (Xiyav) qayıdıb.
Ato.az xəbər verir ki,
Məcid Əsrinin qarşılanma mərasimi xanəndənin evi qarşısında keçirilib. İstedadlı gənc xanəndə Ərdəbil əyalətinin müxtəlif şəhərlərindən gələn soydaşlarımız tərəfindən təntənə ilə qarşılanıb.

Mərasim iştirakçıları M.Əsriyə gül çələngləri hədiyyə edərək, uğurundan dolayı təbrik edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasında yayımlanan “Muğam televiziya müsabiqəsi-2017”-də üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar. İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.

Münsiflər heyətinin qərarı ilə birinci yeri gənc xanəndə Pərviz Qasımov, ikinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və güneyli soydaşımız Məcid Əsri tutub.

ATO.AZ

About ato.az

Check Also

sehriyar-bst

Şəhriyarın büstü dağıdıldı: etiraz başladı – Foto

Share this on WhatsApp Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *