Home / Acun ( Dünya ) / Hitlerin sovetlərə hücumundan 76 il ötür
Без_названия1498111021

Hitlerin sovetlərə hücumundan 76 il ötür

ATO.AZ xatırlatması:

Bu gün – 22 iyun Böyük Vətən Müharibəsinin başlandığı gündür. 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başlayan İkinci Dünya müharibəsi tezliklə Sovet İttifaqına da keçdi. 

Faşist Almaniyasının kansleri Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: 

“Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!”. 

Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən Müharibəsi başlandı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya Müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda ayağa qalxmışdı.

Faaşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Planda Qafqazın, xüsusilə Bakının işğalı mərkəzi yer tuturdu. 

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib, cəbhəyə göndərildi. Onlar sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. 

Faşizm üzərində qələbə xalqların qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edildi. 

Müharibədə Sovet İttifaqından 27 milyon nəfər həlak oldu ki, onların da 300 mindən çoxu azərbaycanlılar olub.

ATO.AZ

About ato.az

Check Also

turkan

Türk filminin sultanı ağır durumda

Share this on WhatsApp “Türk filminin sultanı” ləqəbi ilə tanınan məşhur aktrisa Türkan Şoray xəstəxanaya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *