Home / Bilirsinizmi? / Doğum günün mübarek Bəyim..
IMG-20170625-WA0006

Doğum günün mübarek Bəyim..

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib.Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusu Azərbaycandan çıxarıldı.Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” ülküsünü irəli sürmüşdür.Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.

Bəyin doğum günü münasibeti ile 24 iyun 2017 il tarixinde Azerbaycan Turan Ocağının üzvüleri  Fexri xiyabanda Beyimizi ziyaret etmiş, onun qebri üste gül ve eklil qoymuşdur.
Mekanın uçmaq olsun Elçibey …

ATO idarə heyyəti…!

IMG-20170625-WA0036

IMG-20170626-WA0006

IMG-20170626-WA0002

IMG-20170626-WA0009

IMG-20170626-WA0004

IMG-20170626-WA0001

IMG-20170625-WA0051

IMG-20170625-WA0030

IMG-20170625-WA0006

IMG-20170625-WA0003

IMG-20170625-WA0017

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *