Home / Bilirsinizmi? / Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB
ermeni-turksehrde

Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır – ŞOK SƏBƏB

Türkiyə Suriya ilə sərhəddə “təhlükəsizlik divarları”nın tikintisindən sonra Ermənistan və İranla sərhəddə də eyni layihəni həyata keçirmək niyyətindədir.

Ato.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin yanvar ayında Müdafiə və Maliyyə nazirliklərinin birgə təşəbbüsü ilə Ermənistanla sərhəddə “təhlükəsizlk divarları”nın tikintisi layihəsi hazırlanıb. Layihəyə əsasən, divarlar Qars, İğdır və Ardahan bölgələrində inşa ediləcək.

Buna səbəb PKK terror təşkilatı ilə mübarizədir. Belə ki, PKK-nın bəzi bazaları İran-Türkiyə sərhədində yerləşir. Türkiyəyə hücum edən terrorçular məhz həmin bazalara qayıdırlar. Bununla yanaşı, həmin bazalarda hazırlanan terrorçular Ermənistanla sərhəddə yerləşən Ağrı dağındakı hücumları da həyata keçirirlər. Divarların tikilməsi terrorla mübarizə çərçivəsində həyata keçirir.

Qeyd edək ki, PKK terrorçularının Ermənistanda rahat şəkildə fəaliyyyət göstərdiyi məlumdur. Ermənistan hakimiyyətinin dəstəyi ilə bu ölkəyə gələn terrorçular Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçir, həmçinin, oradan İrandakı bazalara gedirlər. Misal üçün, ötən həftə İran kəşfiyyatı Xüdafərin körpüsündən Qarabağa keçmək istəyən 8 PKK terrorçusunu həbs edib.

About admin

Check Also

telman-ismayilov_ast

Telman İsmayılovun harada gizləndiyi məlum oldu

Share this on WhatsApp Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *