Home / Qarabağ / Bu gün Cocuq Mərcanlıya köçürülmə başlayıb
600@01499148358

Bu gün Cocuq Mərcanlıya köçürülmə başlayıb

Xəbər verdiyimiz kimi iyulun 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.
Ato.az xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov artıq köçürülmə ilə bağlı işlər başa çatdırıldığını və prosesin iyulun 4-dən start götürəcəyini açıqlayıb.
Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov da köçün bu gündən başlayacağını bildirib:

“Hələ ki gün yeni başlayır. Sakinlər “Dövlətqaçqınkom”dan xəbər gözləyir. Çünki dünən hər birinin əlaqə nömrələri götürüldü və rəsmilər onlara hər an zəng edə biləcəklərini bildirdilər”.

Kənd rəsmisi deyir ki, sakinlərin hamısı eyni gündə köçürülməyəcək:
“Köç mərhələli şəkildə icra olunacaq. Bildiyiniz kimi evlərin orderləri də oktyabrda növbəti 100 ev hazır olanda özəlləşmədən sonra veriləcək”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

ATO.AZ

About ato.az

Check Also

W1siZiIsIjIwMTgvMDcvMDcvMTgvMzIvMjQvZWEwMmQzNDctNTYwZi00ZGRjLTgyOWEtNDQxYmVlZWMzNTk0L2JiLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d

Ermənilər torpaqlarımıza od vurdular – FOTO

Share this on WhatsApp  Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib. ATO.AZ APA-ya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *