Home / Güney Azərbaycan / İran ordusunda insident: 3 əsgəri öldürdü və…
tufeng

İran ordusunda insident: 3 əsgəri öldürdü və…

İranın Qəzvin şəhərində yerləşən “Abyek” hərbi bazasında xidmət edən bir əsgər 3 yoldaşını öldürdükdən sonra özünü güllələyib.

Ato.az xəbər verir ki, hərbi xidmətinin qalan hissəsinin doğma şəhərində keçirilməsini tələb edən Sasan Xəlili komandirlərinin buna mənfi cavab verməsindən hiddətlənib. O, əsgər kazarmasına daxil olaraq əlindəki tüfənglə əsgər yoldaşlarına atəş açıb. Daha sonra isə özünü qarın nahiyəsindən güllələyib.

Atəş nəticəsində 3 əsgər yerindəcə həlak olub, 6 nəfər isə yaralanıb.

Yaralı əsgərlər helikopterlə Qəzvin xəstəxanalarından birinə çatdırılıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ATO.AZ

About ato.az

Check Also

cagdas

Yasaqlanmış radiomuzun yeni buraxılışı – Video

Share this on WhatsApp Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramı növbəti buraxılışı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *