Home / Acun ( Dünya ) / Tiflisdə əlbəyaxa döyüş: Gürcülər bayrağımızı oğurladılar
150ba10dfc4152c27c564121060f4226

Tiflisdə əlbəyaxa döyüş: Gürcülər bayrağımızı oğurladılar

Ato.az xəbər verirki UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində az sonra başlayacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, yerli azarkeşlərlə azərbaycanlı fanatlar arasında insident yaşanıb.

Belə ki, “Samtredia”nın 20-ə yaxın azarkeşi azsaylı “Qarabağ” fanatları üzərinə hücum edib. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Yerli fanatlar azərbaycanlı azarkeşlərin bayrağını əlindən alaraq, qaçıblar.

Hadisədən sonra həmyerlilərimiz stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Asayiş keşikçiləri Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər.

About ato.az

Check Also

armen-laset

İslam Almaniyada rəsmi din elan edilsin – Armin Laşet

Share this on WhatsApp İslam bütün Almaniyada rəsmi din elan edilməlidir. ATO.AZ xəbər verir ki, bu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *