Home / Gündəm / Türkiyə ilə İran müharibəyə başlaya bilər – 37 ilin davası
rdoan_ruhani

Türkiyə ilə İran müharibəyə başlaya bilər – 37 ilin davası

Türkiyə su böhranı səbəbi ilə İranla müharibəyə sürüklənə bilər.

Ato.az xəbər verir ki, bu sözləri İran Ətraf Mühiti Mühafizə Təşkilatının rəsmisi Məhəmməd Dərviş deyib.

Dərviş Türkiyənin su anbarının tikintisini dayandırması üçün aparılacaq diplomatik danışıqların nəticə verməyəcəyi təqdirdə, müharibənin qaçılmaz olacağını bildirib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Türkiyəyə çağırış edərək bu ölkənin Fərat və Dəclə çayı üzərində inşa edəcəyi su anbarının tikintisini dayandırmağı tələb edib.

Xatırladaq ki, Türkiyə sözügedən layihəyə 1980-ci ildə başlayıb. Dövrün güclü və qüdrətli liderləri olan Səddam Hüseyn və Hafiz Əsəd Türkiyəni təhdid edərək bunun reallaşmasına imkan verməyəcəklərini bəyan etmişdi.

Müəllif: Pərviz Həsənov

ATO.AZ

About ato.az

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *