Home / Acun ( Dünya ) / Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb
1494410748-7561

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb

Ato.az bildirirki Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.

Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmnində Hadrutda yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

Baş verən hadisələrin yerində araşdırılması məqsədilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

About ato.az

Check Also

27042916_1588346357948219_1797161784_n

Ermənilər rusiyalı deputatı güllələdi

Share this on WhatsAppErmənilər rusiyalı deputatı əlindən güllələyib. Ato.az  Rusarminfo-ya istinadən xəbər verir ki, Başqırdıstan Respublikasının …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *